D

Ay qız

Səni mən səndən xəbərsiz sevdim
Sevgimi bir Allah bilir bir mən
Səni yalnız tənha səsiz sevdim
Bəlkədə sən ömürlük sirsən.
Hərkəs məni şən bilir dözürəm
Qoy bilinməz olsun sadiqliyim
Bəzəndə sənin rəsmini çəkirəm
Portretdə rəsm olnur aşiqliyim.
Saçı siyah gözləri siyah qız
Mənə səsin gəlsə bil şəfadır
Qaşların buluddur gözlərin nur
Sənin baxışların bir səfadır.
Sən ki,mənim öz dünyamsan ay qız
Kipriyin guşəmdir səsin himnim
Sən xəyalım guyamsan ay qız
Yanaqların həsrət qaldığım qəbrim.
Ömrüm istərdim ki, olsun gülşən
Bəlkədə qəbrimə olar qismət
Qəbrimə sevgimlə gedəcəm mən
Çünki sevgiyə yox verən qiymət.
©darya_isaq