T

" AYAĞINDA ÖLÜM "

XUDA'ya qıyma ki bu həsrət
dağında ölüm.
Ölürümsə mən gedim yarın
qabağında ölüm.

Bu bəlalı sevgimin hər dərdini
tek çəkmişəm
dözülməz bərabər dərdini
tek çəkmişəm
qıymayıb yarə müxtəsər dərdini
tek çəkmişəm
Rəva görmə Allah'ım xoş gün
sorağında Ölüm.
Artır o, cananima eşqim mənim
ildən-ilə
ismimiz "Leyli-Məcnun" kimi düşmüş
dildən-dilə
ya RƏBB'im bir arzum ki qovuşum
yarım ilə
alsın qolları üstə yarın qucağında
ölüm.
Rəhm et aşiq qəlblərə qəmdən
sovuşdur ya RƏBB'İM
çün sənin mərhəmətin bir qurtuluşdur
ya RƏBB'İM
eşqə xatir əfv elə bizi qovuşdur
ya RƏBB'İM
tənha qıyma ömrümün bu şirin
çağında ölüm.
Yar izin verməz ki mən eşqi-kuyində
xar olum
xoşdur istərsə qəlbi uğrunda
tarimar olum
TƏNHA AŞİQ qovuşub yar ilə BƏXTİYAR olum
çatdıqda əcəl vaxtı düşüm ayağında
ölüm.
TƏNHA AŞİQ
©tenhaasiq