Ç

Aydı gecələr🌘

Gecələr can deyir əzizləyir ay,
Qaranlıq gələndə işıqlanır ay,
Dərdini açırsan deyirsən dil-dil,
Ağlayır səninlə sızıldayır ay.
🌘🌘🌘🌘🌘🌘🌘🌘🌘
Ən yaxşı sirdaşın aydı gecələr,
Dinləyir sakitcə səni anlayır,
Dayanır qarşında dağdı gecələr,
Hərdən də səninlə alışır yanır.
🌘🌘🌘🌘🌘🌘🌘🌘🌘
İnsanlar içində-İnsan içində,
Kədərlər içində dərtlər içində,
Qalırsan yalançı kəslər içində ,
Tənha gecələrdə səninlədir ay.
🌘🌘🌘🌘🌘🌘🌘🌘🌘
(bu şeir dodaq dəyməz üslubda yazılıb ,yəni _m, p,b,ü,u,ö, kimi hərflər yoxdur şeirdə )
©Çingiz