Ayna ayna
Söylə mənə
Məndən çirkli varliğ
Varmı dünyada
Varsa mənə söylə
Sevinim bir az
Danışım həm gülüm
Üzülüm bir az
Varmı elə varliğ
Balasın satsın
Başını var ilə
Pul ilə qatsın
Atsın kədərini
Badə şərabla
İçib şirə dönsün
Xanıma qışqırıb
Körpəsin döysün
Ayna ayna
Söylə mənə
Varmı elə varliğ
Gülsün dünyaya
Gülsün sabahına
Doğan günəşə
Üzündən əksilməsin
Böyük bir nəşə
Gülsün çiçəkləri
Dərmədən sevsin
Allahıma min şükür
Xoşbəxtəm desin
Desin şeirləri
Nəğmə oxusun
Sevincdən qəlbinə
Ruhuna
Sevgi toxusun
Toxunsun ulduza
Ayı oxşasın
Məhəbbətlə daşan
Qəlbə oxşasın
Ayna ayna
Söylə mənə
Mərhəmət deyilən
Duyğu qalıb dünyada
Yıxılana vurmadan
Ayağa qaldıran
Hamıya silah yox
Gülüş aldıran
Saldiran nəfsinin
İblis üzünə
Yalan dolan olan
Saxta sözünə
Susursan
Deməli soylədikcə
Utandın məndən
Utandın sual dolu
Cahil sinəmdən
Deməli insanlığa
Son qoyulubdu
Deməli mərhəmətin
Əli kəsilib
Sevinən üzlərdə
Göz oyulubdu
Soyulub dərisi
Xoşbəxt olanın
Başından vururlar
Gözü dolanin
Günahın hamısı
Səndə gizlənib
Sənə sual dolu
Gözlər izlənib
Hansına anlatdin
İnsan olmağı
Günəşlə sevinib
Ayla doğmani
Hansına demisən
Cahil olmasın
Dünyanın mulkuylə
Yalnız qalmasın
Kimə soyləmisən
Susma bir danış
Danışa danışa
Yanıb həm alış
Kimə soyləmisən
Duymayib səni
Görməyib səndəki
Yazığ bədəni
Bu dəfə görərsən
Onlara anlat
Anlat ki
Allahı unutmasınlar
İnsanlıq adlanan
Gözəl çiçəyi
Nəfis adlı
Alovnan qurutmasinlar
©t.celil
T