T

Ayrılık bir ögretmen bu aşkın sınavında

Ayrılıq bir müəllimdir/"Əsrlərə körpü"poeziya almanaxı/
Ümidin sükaından yapışmışam beşəlli
Mən eşqin sınağında,ayrılıq bir müəllim.
Duyğularım ələnir hicranın ələyində.
Kəpək kimi sovrulur İmtahan küləyində.
Eşqin yolçuluğunda gərək qanadım olsun,
Qəlb həsrət sularında dərin dəryaya dalsın.
Dözümü,iradəni sınaq etsin ayrılıq.
Bu vuruşda yenilsə,çıxıb getsin ayrılıq.
Arzumu, muradımı kainatla bölüşüm.
Lazım gəlsə fələyin qələmiylə döyüşüm.
Tənha Bulud çiləsin nur yağışı gözündən,
Mələklərdən güc alsın,hikmət yağsın sözündən.30.07.2019
©tenhabulud