M

🍁AYRILIQ🍁

Bəxtimə ayrılıq əzəldən düşüb
Gah açıb qapımı, gah da ötüşüb
Gah qırıb qəlbimi, gah sevindirib
Gah küsüb illərlə, gah da dindirib
Neçə keşməkeşli yollar ötmüşük
Nə qədər yolları birgə getmişik
Fələk ayrı salmış "ayrılıq" ilə
Etiraz etmişəm hayqırıq ilə
Qarışıb göz yaşım hıçqırığıma
Göylərə ucalan qışqırığıma..
İndi bir günahkar axtarmaq əbəs
Nə gücüm qalmayıb, nə də ki, həvəs
Sən də ziyandasan, mən də ziyanda
Daha fayda verməz, etsək üsyan da
Artıq olanlarla barışmaq gərək
Həsrətə, hicrana alışmaq gərək..
Qınama özgəni sonu beləymiş
Acı ayrılığın tonu beləymiş..
🍃MERAC🍃
©merac