_

Ayrılıq

Qulağımda sənin çınlayan səsin
Məni gör necədə yeyir bitirir
Sənə ümidimi gördüm indicə
Yaramı sarmaqçün məlhəm gətirir
Yazığın xəbəri yoxdu heçnədən
Əlimə batmayıb qəlbimə batıb
Verin ey eşq əhli bir cavab mənə
O hansı aşiqdi kamına çatıb?
Könlümə toxunma qanayar yenə
Öyrəşim sənsizlik qoxan cahana
Çevirki üzünü görməyim daha
Nə olar  bu ürək gərək dayana?
Deyəsən tək yandım həsrət oduna
Anlamaz duyğusuz olmusan artıq
Bilmirəm yadına düşür görəsən?
Dinməzcə göz-gözə qalıb baxardıq
Diqqətli nəzərlər yetirib mənə
Sonrada gözünü yayındırardın
Dərdindən ölürəm demək istəsəm
Sözümü kəsərdin dayandırardın
Ehmalca telinə sığal çəkərdim
Oxşardım bənzərin sözlərini mən
Ömrümün baharı xəzanla doldu
O gün qoyub getdin izlərini sən
Heç bircə kəlmə sözdə demədin
Arxanı çevirib sonra yox oldun
Sənə gül çiçəyim yaxşı baxardım
Nə oldu quruyub sən belə soldun?
©huseyn_nn