M

🥀~Ayrılıq naləsi~🥀

Sənsiz o gülüşüm, sevincim itib
Sanki ən dəyərli bir incim itib
Günəşsiz yer üzü zülmətsə əgər
Sənsiz bu qəlb o cür əziyyət çəkər
Səninlə hər dərdə dözərəm, əlbət
Sənsizlik dərdinə dözmərəm fəqət
Bu çətin zamanda tək qoyma məni
Batıram dərd içrə çək, qoyma məni
Bu xəstə qəlbimin dərmanı sənsən
Tək ümid yerisən, gümanı sənsən
Sən də üz çevirsən ölümdən betər
Bir qüssə, bir kədər ömrümə yetər
Ayrılıq dərdiylə qovrulsam da mən..
Həsrət küləyiylə sovrulsam da mən..
Merac, çatar bir gün hicranım sona
Ayrılıq naləsi çatanda ona...
🍃MERAC🍃
©merac