M

#AyrıQalmasın

Bir aşiq ayrı düşməsin öz aşiqindən heç zaman
Olarmı de sevən biri öz aşiqiylə heç yaman?!
Bu xəstəlikdə olmasın gərək ki bir nəfər belə
Kim istəyər qovuşmağı görərmi yolda heç duman?!
Bir ox, kaman kimi düşün həmən sevən o kəsləri
Oxundan ayrı qaldısa olar bil axı heç kaman
Vəfalı yar vəfa qılar öz eşqinə, öz əhdinə
Vəfa qılarmı eşqinə ürəkdə özgə heç uman?!
Gəl istə, Merac, hər zaman İlahidən bu istəyi
Qoy ayrılıqla etməsin sınaq ki vermir heç aman
#MERAC
©merac