" Bir məhbus arkadaş üçün yazılıb "
Gözlərim yoldadır qulağım səsdə
qəminən olub bu ürəyim xəstə
görüm heç olmasın heç bir kəsdə
bu azadlıq həsrəti, sevgi həsrət.
Hərdən düşünürəm ömürüm hədərdi
hər bir anım qəm-qüssəli kədərdi
bir ürək necə çəksin bu iki dərdi
azadlıq həsrəti sevgi həsrəti.
Sənnən ayrı tənha bu qazamatda
zülüm çəkdim hər dəqiqə-saatda
ya RƏBB kaş ki olmayaydıhəyatda
azadlıq həsrəti sevgi həsrəti.
Dünya gözümdə zülmətdi qaradı
hər yanım tikanlı tel,bura haradı
TƏNHA AŞİQ ürəyində yaradı
Azadlıq həsrəti sevgi həsrəti.
TƏNHA AŞİQ.
©tenhaasiq
T