ÖLƏCƏM
Varlığım çox gendi qəmə-kədərə
Özümü yoxluğa sıxıb öləcəm
Kiminsə əvvəlin unudacağam
Kiminsə axrına çıxıb öləcəm
Bircə Allah sözün saxlayacağam
Hər sözü yandırıb-yaxıb öləcəm
Hələ ölməmişəm sağam, deyərkən
Özümə kənardan baxıb, öləcəm
Sığacam qəbrimin dar tərəfinə
Məğrur qamətimi yığıb öləcəm
Düşəcəm bir qadın gözlərindən mən
Qəbrimin üstünə yağıb, öləcəm
Salacam boynuma başımın daşın
İçimdə hirsimi boğub, öləcəm
ŞAİR Xəlil demiş, kişi bətnimdən
Bütün kişiləri doğub öləcəm
Müəllif: Ümid Sadə
©umidsade
U