U

Azeri turkcesinde (İlahi Qazel)

Səni yarım sevirəm mən gecə-gündüz mütəmadi
Bu məhəbbət ola bilməzdi ki qeyri, nə də adi
Mənə nəfs ilə gərəkdir ki edəm cəngi-cihadi
Bu görüşdən sora Rəbbim edə daim məni şad(i)
O hürufi dili əlbət mənə öyrətdi münadi
Biri Ya'di, biri Sin'di, biri Ta'di, biri Ha'di
Gecənin qarə pərindən görünər guşeyi-vadi
Axı qəlbin çıxa bilməz üzə bir gündə fəsadi
Bura zülm əhlinə cənnət, yaşamın yoxdusa, dadi
Necə inkar edər adəm, axı dünyadə məadi
Edər əlbəttə ki şeytan Uca Allaha inadi
Sevən aşiq əyər eşqə bir ömür qəddin iradi
Müəllif: Ümid Sadə
©umidsade