U

Azeri turkcesinde (Qazel)

Səninlə saçdı ətri, gül-çiçəklər istər-istəməz
Səninlə şirin oldu hər diləklər istər-istəməz
O dəm ki sən doğulmusan, günəş də baş əyib sənə
Edibdi qəddi xəm, bütün fələklər istər-istəməz
Həyatım olmusan sənə gəlimmi mən dizin-dizin
Nə cür həyat üçün uşaq iməklər istər-istəməz
Səni dərindən aldığım nəfəsdən artıq istədim
Odur ki əsdi sinədə küləklər istər-istəməz
Gülüm amandı, sevməyək bu fani dəhri, aləmi
Tükəndi, getdi, anidən bəzəklər istər-istəməz
Əsas odur ki ruhumuz qidasın eşqidən ala
Bədənçün həzm olur bütün yeməklər istər-istəməz
Sənin gözəlliyin qədər gözəl deyil ki hurilər
Edibdi e'tirafını mələklər istər-istəməz
Müəllif: Ümid Sadə
©umidsade