U

Azeri turkcesinde (Qazel)

◆◆◆Məsəla◆◆◆
Səni mən göydə doğan mah(i) bilirdim məsəla,
Eşqə də'vət eliyən rah(i) bilirdim məsəla,
Məni sən sevgini dərk eyləməyən bildikcə
Səni mən hicridə bir dahi bilirdim məsəla,
Çəkmisən qəmləri əlbət, demə yoxdur xəbərim
Köksün üstündə yanan ahi bilirdim, məsəla
Mənə həsrətlə baxan gözləri bilməmmi gülüm,
Gahi bilməz görünür, gahi bilirdim məsəla
Qəlbi sən eşqinə dərgahi bilərkən ey gül,
Eşqi mən qəlbimə dərgahi bilirdim məsəla
Sadəyəm, sayənə xidmət elədim mən çünki
Səni dünya evimin şahi bilirdim məsəla
Müəllif: Ümid Sadə
©umidsade