Bu cani cismidən adəm,kənar olar bir gün
Nə sevgi yadə düşər bax, nə yar olar bir gün
Xudayə taət edən kəs, verər könül eşqə
Ki ali aşiq olan bəxtiyar olar bir gün
Öləndə fayda verən tək əməllərin olacaq
Düşünmə parə gəlib qəmküsar olar bir gün
Və varlığın itər əlbət,səninçün ağlarlar,
Yerin soyuq - qara torpaq,məzar olar bir gün
Sən umma bir də gələrsən ki dəhrə ölməkçün
İnanma nəfsinə kim, ixtiyar olar bir gün
Unutdurar səni torpaq yavaş-yavaş adəm,
Açar gülün üzərində bəhar olar bir gün
Yaşarkən etdiyin işlər günahə bənzərsə
Əcəl gələndə də üstündə nar olar bir gün
Oyan ki xabi-könüldən, ömür bitər Sadə,
Sözün düşər yerə, qəlbin də xar olar bir gün
Müəllif: Ümid Sadə
©umidsade
U