U

Azeri türkcesinde (Qazel) Bahri-Ramal, Vazni-Aruz

♥♥♥Bəs edər♥♥♥
Gecə-gündüz dilə,istə dilək olsun bəs edər
Eşqə layiq sinən üstə ürək olsun bəs edər
♥♥♥
Çoxu bilməz bu həyatda necə xoşbəxt olsun
Düşünər sevgidə bir süs,bəzək olsun bəs edər
♥♥♥
Nəyə lazımdı ki növ-növ yemək olsun hər gün
Bir doyumluq evimizdə xörək olsun bəs edər
♥♥♥
Necə viranə qalar de, bu könül xanəsi yar,
Bir döyümlük ürəyində kələk olsun bəs edər
♥♥♥
Səni məndən daha yaxşı sevən olmaz, dilə ki,
Hər gün Allah bizə əlbət kömək olsun bəs edər
♥♥♥
Yer özündən çıxır artıq,dağılır hər tərəfi
Gəl uçaq biz, yuvamız da fələk olsun bəs edər
♥♥♥
Ağ gəlinlik geyin ey gül, qovuşaq arzulara
Bu Nigahda iki şahid mələk olsun bəs edər
♥♥♥
Müəllif: Ümid Sadə
©umidsade