U

Azeri turkcesinde (Romantik Şiir)

Bir dəli görüş
Nə gözəldi, titrək-titrək baxışların
Gözlərimdə ulduz-ulduz hərləməsi
Nə gözəldi, saçlarının yaş qoxusu,
Əllərimin əllərində tərləməsi
Nə gözəldi, ***ıltılar qulağımda
Dodaqların dodaqlara toxunması
Nə gözəldi sinəndəki döyüntünün
Sinəmüstə bəstələnib oxunması
Nə gözəldi, saçlarının hər telini
Küləklərin üz-gözümə dağıtması
Nə gözəldi, səndən ötrü darıxmağı
Gözlərimin həsrətini axıtması
Nə gözəldi, qaşlarına ay deməyim
Saçlarının gecəsinə qayıtmağım
Nə gözəldi, səsindəki məlahətlə
Xəyalları saçlarında uyutmağım
Nə gözəldi, bilmirdim ki səndən əvvəl
Sənə görə Allahadı təşəkkürüm
Gün görmədim, çox yıxdılar güvənimi
Getmə, sən də qal ki sənlə, xoş gün görüm
Müəllif: Ümid Sadə
©umidsade