😥 ÖZÜN SEVİRSƏN 😥
Bu böyük məhəbbət birdən olmur ki,
Əvvəl qara qaşın, gözün sevirsən
Gecələr həsrəti yadına düşür
Ay kimi bərq vuran üzün sevirsən
Gözündən süzülür, yaş adi gəlir
Dağ köksə atdığın daş adi gəlir
Göz də gözdən düşür, qaş adi gəlir
Sonra həqiqətin, düzün sevirsən
Kaş sevən sevəni heç vaxt atmasa
Gecələr dönürsən bə'zən yatmaza
Gülüşün qoyursan ən əl çatmaza
Baməzə söhbətin, sözün sevirsən
Qoyma, saf məhəbbət qartlaşa, dona
Qoyma şübhələri qəlbinə qona
Getdiyin yerəcən deyirsən ona
Alırsan icazə, izin, sevirsən...
Sevginin rənginə boyanmaq üçün
Bir ömür yanında dayanmaq üçün
Hər səhər qoynunda oyanmaq üçün
Hər gecə baş qoyub, dizin sevirsən
Sevənlər sevginin haqqın itirmir
Anban qazanır, ansız bitirmir
Sevgi hər sevənə sevinc gətirmir
Bə'zən könlün boyda hüzün sevirsən
Bir az qəribsəyib, yetimləşirsən
Güvənin itəndə çətinləşirsən
Xülasə, bir olub, bütünləşirsən
Hər şeyin qaytarıb, özün sevirsən...
Müəllif: Ümid Sadə
©umidsade
U