Ayrılmağı bacarsaqda,
Bir olmağı bacarmadıq.
Leyli kimi, Məcnun kimi,
Biz sevməyi bacarmadıq.
Birdən-birə son qoyduq,
Bu sevdadan tez yorulduq,
Ayrılaraq sən, mən olduq,
Biz olmağı bacarmadıq.
Gəlmədik ki, verib sinə,
Eşq adlanan böyük dinə,
Bölündük biz iki yerə,
Tam olmağı bacarmadıq.
Alvin Salim
©alvin_slm
A