R

Bağışla ana

Qədrini bilmədim,
Zəhmətinə
Fikir vermədim.
Sözündən çıxdım,
Sözünə baş əymədim
Bağışla ay ana.

Səni çox kövrəltdim,
Bilərək dəfələrlə
Qəlbinə dəydim.
Düşünsəydim
Belə etməzdim,
Bağışla ay ana.

Ana qəlbi ,
Kövrəkdir.
Bağışlayansan,
Bilirəm
Bala üçün yanansan.
Bağışla ay ana,
Bağışla.
Sən mənim anam,
Həmdə dünyamsan.
Bilirəm ,
Bağışlayansan.
30.09.2010 R.Hova
©revane2412