Sanki,dar qəfəsdə yaşar kimiyəm,
Bulud tək dolmuşam ağlar kimiyəm,
Hərdən sellər təki coşub-çağlayıb,
Hərdən də günəş tək yanar kimiyəm.
Getmək istəyirəm lap uzaqlara,
Kədəri-qəmi atım üstümdən,
Söküm ürəyimi çırpım daşlara,
Bezmişəm bu bəxtin qara üzündən.
Hərdən də deyirəm dayan döz bir az,
Səni ki,yaradan Əziz Allah Var,
Kədərə inad əylən gül bir -az,
Bağlı qapıların bir açanı var .
©Çingiz
Ç