Mən çox çalışdım həyatda sənsiz
qala bilmədim bir saatda sənsiz
bu qəmli dünyada hətda sənsiz
heç sənsizliklə barışa bilmədim.
çox çətindi edə bilmirəm izah
hər gecəm sənsiz qəm dolu ah
sənli hər günüm isə nurlu sabah
getmə diyib qarışa bilmədim,
sənsizliklə barışa bilmədim.
Həsrətin salmış çıxılmaz tora
kaş ölüb gedeydim məzara-göra
bu acı dərdi sən gedəndən sora
bir kimsəyə danışa bilmədim,
sənsizliklə barışa bilmədim.
Əfsus elədin çox məni peşiman
üzür qəlbimi qəm dolu dövran
biz niyə ayrıldıq vermədin imkan
bunu da heç sənən soruşa bilmədim
sənsizliklə barışa bilmədim,
gözlərin nifrəti böyük tənedi
ya RƏBB'İM bu nə qəmli səhnədi
TƏNHA AŞİQ özünə gəlmədi
nə deyim son baxışa bilmədim,
sənsizliklə barışa bilmədim.
TƏNHA AŞİQ.
©tenhaasiq
T