İgid gərək sözün deyə
Sözün də ən düzün deyə
Əsas deyil yüzün deyə,
Birin deyə yerin tuta
Pisin ata fərin tuta
Bağı olan dağ istəmir
Özünə ortaq istəmir
Niyə Qarabağ istəmir?!
Vətəndə bəzi ilmələr,
Danışır əyri kəlmələr
Yanan çırağı söndürür
İsinəni də dondurur
Kim ağlayan ovundurur,
Çatır qulağı ağzına
Tutur balağı ağzına
Gah istəyir yaman olaq
Gah istəyir aman alaq
Deyir ki hər zaman qalaq
Bu cür aşağı fikr ilə
Bax aldığına şükr ilə
Merac, yanar o vaxt sizə
Çökərsə düz ona dizə
Durub deyir, atam, bizə
Gərəkdir hamı barışa
Biz istəyən bu yarışa
#MERAC
©merac
M