Ya xəyallar ölər
Ya da sən.
Bitməyən xəyallar..
Zaman keçir,
Xəyallar dolub dolaşır beyində.
Nə vaxt olacaq?
Nə vaxt bitəcək?
Bitməyən suallar,
İztirab içində bir ürək.
Nə qədər xəyal çəkmək olar beyin divarlarına?!
Barışmalıyıq həyat qanununa,
Onun tikanlı qaydalarına,sərhəd qoyan keçidlərinə.
Bitirib xəyalları atılmalıyıq
Həyatın boynuna.
R.Hova 2018
©revane2412
R