T

BAX DÖVRANA QARDAŞ

Aç bir gözünü bax bu gözəl dövrana
qardaş.
Neyçin bu qədər qəsd eliyirsən cana
qardaş.
Əhd eyləmisən ALLAH ilə andı
unutma
hər kim ki danır əhdini nadandı
unutma
Allah'ı unutduran da şeytandı
unutma
bir yolla edir vəs-vəsəsin insana
qardaş.
Dünya yaranandan biri gəldi, biri
getdi
həm alimi həm rəssamı həm şairi
getdi
həm mömüni getdi həmi də kafiri
getdi
mehmandı bəşər,dünyada mehman
xana qardaş.
Hər anda şükür et çoxa-çoxda
aza-azda
cəhd et oxu Qur'anı şirin səslə
avazda
Allah'ına tənzim elə beş vaxtdı
namazda
zikir eylə ki Allah'ı yad ol şeytana
qardaş.
Eşq ilə aç əlni haqq olan dərgaha
vaxtdı
gəl haqqa ki et töbə yuvanma daha
vaxtdı
et nəfsini qul tənzim elə Allah'a
vaxtdı
mən istəmərəm odlara cisimin yana
qardaş.
TƏNHA AŞİQ.
©tenhaasiq