M

🍁Baxsan yalan bulaşıb sözündə hər düzünə🍁

Görən qəlbin qapısın niyə aça bilmirəm?!
Görən bu qəm, qüssədən niyə qaça bilmirəm?!
Qırılıb qol, qanadım daha uça bilmirəm
Sanki göy aləmindən çırpıldım yer üzünə
Çox söz deyə bilmirəm bu mən deyən vaxt deyil
Çox yanlış anlayıbsan istədiyim taxt deyil
Axı necə şad olum bu mən deyən baxt deyil
İnsan baxıb utanır, nifrət edir özünə
Daha inam qalmayıb nə doğmaya, nə yada
Diri-diri atırlar səni kösova, oda
Bir kəs ki, yalan ilə düzün bağrın qanada
Denən necə inanınım onun doğru sözünə
Qazar sənçün quyunu üzünə gülə-gülə
Dərd gətirər üstünə dərdini bilə-bilə
Sevinər sən gözünün yaşını silə-silə
Məkir, hiylə, kələklə baxar sənin gözünə
Merac, əyri gedənlər dəyişməyib əzəldən
Sənə yaxşılıq etməz məkir, hiylə düzəldən
Özünə gözəl deyən, dünyada hər gözəldən
Baxsan yalan bulaşıb sözündə hər düzünə
🍃MERAC🍃
©merac