Qalmışam həsrət ilə mən sənə səndən aralı
Həsrətin qəlbimi etmiş necə bir gör yaralı
Nə zaman biz dadarıq vəsli, ey ömrüm baharı?!
Niyə tez soldu bizim sevgimizin tər nübarı?!
Ona göylərdəki ulduzlar özü heyran idi
Ona şəms ilə qəmər hər gecələr mehman idi
Belə bir sevgini gör bir necə biz zay elədik
Onu aləmlər içində necə rüsvay elədik
Bu səbəbdəndi ki aləm bizə düşman kəsilib
Bu səbəbdən bizə bəlkəm cəza hicran kəsilib
Ki, onun qədrini biz bir belə vaxt bilməmişik
Onun üçün də nədi, sevgili, baxt bilməmişik
Dua et bizlərə, Merac, ürəyi yansın Onun
Bizə qarşı qəzəbi ki, daha sonlansın Onun
🍃MERAC🍃
©merac
M