S

Əbədi deyilsən

Məni dünyadan tez doydurdunuz
Yaşamaq ,sevinib gülmək istəyirdim
Gülərkən gözümü ağlar qoydunuz
Xəyal arzularima çatmaq istəyirdim
Nə cürə çirkinlik alıb könlünüzü
İnsan yox, heyvana çevrilmisiniz
Nə olar yixilana bir əl yetirsəz
Siz yetimin halına baxıb gülmüsüz
İnsanlıq heç olub insan gözündə
Qaş gözün  arasindadır ölümdə
Şadlıqda cəm olub başımda
Gözdən itmisiniz dar günümdə
Nə var dünya malının düşüb dalınca
Axirət var deyə nə tez unutmusuz
Allahımızı sevirik deyərək hər zaman
İblisin şeytanın yolunu tutmusuz
Düzələn deyilsən Adəm övladı
Ölümü qalimi düşünməyirsən
Yaxşı əməl et könül sevindir
Bilki dünyada əbədi deyilsən
©sairqemli