Qız var gedib hərraca qoyub öznü dubayda
Təsbey çevirən qardaşı kordu belə zordu.
Vicdan ləkəsin pak eliyən mayə tapıblar
Baxson nə nöyütdi nə xlordu belə zordu.
Sən zülm eləki məndə edim zülmini tənqid
Meydan yaradaq kim kimi yordu belə zordu.
Məzlumlara acizlərə meydan oxuyurlar
Zalimlərin ifaları xordu belə zordu.
Şorgöz adamın şor gözinə doğmadı şəhvət
Dəhşət özi şitdi gözi kördu belə zordu.
Zabit kişi 14 uşaqın sahibi olmuş
Bir mərtəbəli evdə bir otdu belə zordu.
BƏHRUZ bir işə zor deməsön zorla zor
olmaz
Qoy nöqtəni artıq elə zordu belə zordu.
©behruz_010
B