Büdrəyib yıxılsan həyat yolunda
Bir kömək görməzsən sağı-solunda
Götürüb kədəri, qəmi qolunda
Daşı ölənəcən, daşı beləcə
Açma bir sirrini, açma heç kimə
Nə qədər sıxsa da qaçma heç kimə
Üzdəki kədəri saçma heç kimə
Qoy axsın gözünün yaşı beləcə
Sevincək görünsən gözünə birdən
Min cür görkəm verər özünə birdən
Qarşı çıxar isən sözünə birdən,
Çevirər zəhərə aşı beləcə
Olmasan bu yolun sirrinÉ™ agah
Qaçacaq gözündən bil ki nişangah
Nə qədər qüvvətli olsan da hərgah
Bu yolda olarsan naşı beləcə
Rabil, bu qəmlərə dözməz ürəyin
Sızlayar namərdlər vuran kürəyin
Yaxının əliylə çökər dirəyin
Çoxunun pozulur başı beləcə
🍂QəmliAşiq🍂
©qemliasiq
M