R

Beşikdən məzara

Dünya gözəl olsa əgər,
İnsan ağlamaz doğulanda.
Məzarın soyuq olduğunu bilsə,
Heç gəlməz bu dünyaya.
            ☆☆☆
İnsan böyüyəndə,ona qalan xatirələr
Bu xatirələrin bəziləri,beşikdən şəkillər.
Biraz ağlayarsan,biraz gülərsən,
Axır bu xatirələrlə yuxuya gedərsən.
           ☆☆☆
O xatirələrin içində çox şey gizlidi.
Bunların bir çoxu eşq və kindi.
Artıq anlayırsan sən insansan,
Bu səhvləri düzəltməyi bacarmalısan.
          ☆☆☆
Uşaqlıq sevginə ürəyin açmalı,
Kin saxladığlarını başa salmalı.
İki günlük dünyadı anla sən bunu,
Beşiklə məzarda fərq olmadığını.
         ☆☆☆
İnsanın ağlına min fikir gələr,
Bəzən intihar edər,bəzəndə gülər.
Məzardakı yeddi dəqiqəni
Bir film kimi gülərək seyr edər.
        ☆☆☆
O biri dünyada hesab verəcən,
O zaman hər şeyi sən dərk edəcən.
Ya itliyin çox olacaq yada mələkliyin,
Gah cəhənnəmsən,gah cənnətsən.
©rustem16