C

Biçarə qadın...

İnsanlar inanmaz sənin sözünə,
Hər zaman özləri doğru deyirmiş.
Qadın günahkarsan insan gözündə,
Tapılmayacaq bunun bir çarəsidə.

Hər ağıl,hər beyin belə düşünür,
Sən isə səssizcə durarsan yenə.
Bir kəlmə deməyə cəhd etməsən də,
Sonunda bir kəlmə söyləməlisən.

Döyülən,söyülən yazıq qadınlar,
Nə zaman bitəcək,bu sonlanacaq?
Qadınlar şiddətə göz yumduğuçün,
Onların başında qapaz olacaq.

Həmişə şiddət,həmişə susqunluq,
Bir dəfə ürəkdən heç gülməyəkmi?
Səssizlik hər an qadına məxsus,
Qadın rahat bir gün görməyəcəkmi?

Gün-Gündən çoxalır qadına şiddət,
Biz qadınlar sanki bir oyuncağıq.
Danış,gül,rahatlaş demə onlara,
Hər zaman haramdır bunlar qadına.

Hər dövran dəyişir,qanun dəyişir,
Dəyişməyən tək şey şiddətdir qadın.
Danlaqlı,qapazlı həmişə başın,
Səsin çıxmalıdır bu işə qarşı.

Bu gedişata dur desək artıq,
Qadınlar ölməsə,şiddət görməsə.
Qadınlar anadır,ana müqəddəs,
O,böyük ALLAH'ım bunu bəyənməz!
©
©ibrahimofa