A

Bilmədin sənə olan sevgimi

Görmədin çəkdiyim bu acıları
Görmədin ürəkdəki bu ağrıları
Silmədin yaddaşdan o anıları
İçdəki ağrının ağırı mı var?
Demədin sevdiyini bir an mənə sən
Demədin ürəkdən bir tək mənimsən
Demədin qəlbimdə kədər , qəmsən
Gözdəki yaşın qurusu mu var?
Bilmədin sənə , olan sevgimi ,
Bilmədin sənlə , olan dərdimi ,
Bilmədin ürəkdə olan sirrimi,
Qəlbinə sarılan birisi mi var?
Sevirəm sözünü desən ürəkdən
Yarpaqlar belə qorxar küləkdən
Eşqimizə yardım olmaz fələkdən
Sevginin çətini , asanı mı var?
©azeri_m.i