M

🍂~BİLMİRƏM~🍂

Bu sözlər nazənin, nazlı yaradır
İnsaf et, dərdindən qəlbim yaradır
Tanrı belə gözəl necə yaradır?!
Baxdıqcan hüsnünə doya bilmirəm!
Rəngim həsrətindən olubdu sarı
Gəl özün qəlbdəki yaramı sarı
Qır bu intizarı gəl mənə sarı
Səsindən ayrı səs duya bilmirəm!
Mən bu əzab ilə düşmüşəm dara
Sənsə həsrətinlə çəkirsən dara
O qara telləri mənimçün dara,
Hicrindən bil ki, uyuya bilmirəm!
Gedişin qəlbimi eyləyib para
Bu soyuqluğundan dönmüşəm para
Görürəm dəyişib səni pul-para
Yalandı vədlərin, guya bilmirəm?!
Qırdın aradakı o isti bağı
Məhv etdin çiçəkli bağçanı, bağı
Rabil, dola sən də boynuma bağı
Mən bu günahımı yuya bilmirəm!
🍂QəmliAşiq🍂
©qemliasiq