C

Bir gül...

Ömrün qatarı keçdi
Əfsus daha çox gecdi
Səndən mənə yar olmaz əzizim
Gör bir neçə səhv etdik
Dünyamızı məhv etdik
Yoxdan daha var olmaz əzizim
Ömrüm qəmə məhbusdu
Dərd aşiqə məxsusdu
Kim dərdə düçar olmaz əzizim
Qoysan da məni darda
Ver qəmləri ard arda
Eşq əhli bekar olmaz əzizim
Sal yadə məni hərdən
Dil sevdiyi dilbərdən
Hər halda kənar olmaz əzizim
Sındı bu ürəy amma
Bir də düzələr sanma
Bir güllə bahar olmaz əzizim
Məndə quru bir candı
Allah oda qurbandı
Bizlərdə bazar olmaz əzizim
©cavid1910