M

Bir nəfər

Indi yanimda olmalıydı bir nəfər
Dizinə başını qoyub, hüzur tapdığım...
Hər gün görüb danışdığım hər nəfər yox,
Mənim istədiyim, ürəyimdəki o bir nəfər.
Uzaqlarda olsada nəfəsimi nəfəsiylə isidən
Məni mən olduğum üçün sevən həmin nəfər.
Bəs etmirmi bu qədər sevmək görəsən?
Bəlkə daha çox darixmalıyam, daha da sevməliyəm
Yanimda olması üçün məsələn?
Çox sevməyində həddi varki?-Bəlkə biləsən?
Gözləyəcəm min gecələr,min illər
Onunla səhərlərə oyandığım günlərə qədər.
Əlimdə əlini tapdığım bax o günlər,
Bəlkə bir gün gələr....
©mehriban