A

Bir sərin yaz səhərində

Bir sərin yaz səhərində,
Dənizin sahilində
Xatırlayasan olanları,
Həyatında qalanları.
Gedənləri,
sənə pislik edənləri.
Xatırlayasan hər deyil sözləri,
Sənə baxan gözləri.
Hansı ki, o gözlərdə
Yalanlar aşıb-daşırmış,
Ağıllı da ona baxanda çaşırmış...

Bir sərin yaz səhərində,
Dənizin sahilində.
Seyr edəsən dalğaları,
Xatırlayasan olanları...
Bir anlığa qayıdasan keçmişinə,
Həyatına gələnlərin gəlişinə,
Gedişinə...
Bir sərin yaz səhərində,
Dənizin sahilində.
Yenə yalnız qalasan,
Bulud kimi dolasan.
Gözündən düşənləri
Son dəfə yaddaşından keçirəsən,
O kəsləri ürəyində dəfn edəsən...
Bir sərin yaz səhərində,
Dənizin sahilində.
Üzündə bir təbəssüm yaradasan,
Gələcəyə baxasan.
Səbrsizcə gözlədiyin,
O xoş günlü gələcəyə baxasan...