S

BİR SƏTİRƏ YAZILMIŞAM DÜNYADA

Arzu halsız, ümüd solğun, istək kəm,
Ağıl bihuş, xəyal talan, fikir dəm.
Sual doğur öz-özümə mən kiməm –
Nəyə görə doğulmuşam dünyada?
Gözlərimdə dərd-qəm yuva qurubdu,
Ürəyimə damğasını vurubdu.
Həyat məni bezdiribdi, yorubdu –
Neçə dəfə boğulmuşam dünyada.
Enəndə üstümə qara buludlar,
Həyat eşqim bircə anda yox olar.
Məndən bircə düzüm xatirə qalar –
Biləcəksiz, yox olmuşam dünyada.
Ötən ötür, gedən gedir, nə fayda,
Allah yaratdığı bu cürdü qayda.
Seymuram, təb gəlsə belə nə boyda –
Bir sətirə yazılmışam dünyada.
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
©seymur_s.p