T

Bir tənha fil ağlar

BİR TƏK TƏNHA FİL AĞLAYIR
Cırtdanların arasında
Bir tək-tənha fil ağlayır.
Baxır sağına-soluna,
Bir tay-tuş görmür, ağlayır.
Cırtdanlar atılıb-düşür,
O filə baxıb gülüşür,
Yazıq sıxılır, büzüşür,
Kiçilə bilmir, ağlayır.
Allahdan kömək istəyir,
Cırtdana dönmək istəyir,
Bacarmır, ölmək istəyir,
Ölmür ki, ölmür… ağlayır.
Ramiz Rövşən
©tarlan