Ahu gözlüm mənə bax bircə dəfə,
Qoy görüm camalını bircə dəfə.
Getmə məndən ölərəm yox olaram,
Ölsəmdə qəbrimə gəl bircə dəfə..
Gəzirəm mən sənsiz tənha bir kəsəm,
Arzumdu küləktəki üzünə əsəm.
Görmürəm mən səni söylə neyləyim?..
Getmə sən gəl bu yana bircə dəfə..
Gecələr tifeyliyəm gəzirəm mən küçəni,
Qəlbim elə darıxır ki yoxdur heç sevəni.
Bax bu cür yazılıb bəxtim gözəlim,
Gül bu bəxtə nə olar bircə dəfə..
Ömrümü etmisəm talan de görüm,
Həyatıma qatmısan yalan de görüm.
Axı getməyin nə qazandırdı sənə,
Turalı dəyişdin yada bircə dəfə..
~Tural Şahverdiyev
©sh.tural
T