"Biri olmalı"
Biri olmalı ,fırtınalar qopan ürəyinə ,
Qəfil birdən günəş kimi doğan.
Biri olmalı ,alışan ruhuna,hərdən,
Bumbuz yağıştək yağan.
Biri olmalı, solmuş rəsmlərinə ,
Parlaq ,rənglər gətirən.
Biri olmalı,yarımçıq nəğmələri,
Gülüş notlariyla bitirən.
Biri olmalı,olmalı biri,hansısa sən,
Yola çıxaq ,gün sonunda tamamlanaq,
Qovuşaq artıq sən və mən...
©tufani
T