Vəfasızı vəfalı ki sandı üreyim
döyünür eşqilə haçandı üreyim
alışıb eşq odunda yandı üreyim
yanan atəşin də közü mənəm.
Bu necə dərddir, necə əzabdı
hər anı zülümdi və istirabdı
sevgi dərdi nakam adlı kitabdı
bir üzü vəfasız bir üzü mənəm.
Nə çoxdur ayrılıb vidasız gedən
acı dərd qalandı,vəfasız gedən
çarəsiz buraxıb, şəfasız gedən
sən şəfa bildiyin özü mənəm.
TƏNHA AŞİQ'ə həyat qəliz oldu
hədəfdə məcnun gedən iz oldu
gözəl özgə üçün çox əziz oldu
özgə tək görən gözü mənəm.
©tenhaasiq
T