Dağdı bu köksündəki dağlar bizə...
Açma daha qoynunu, dağlar, bizə...
Qədrini dərk eyləmədik biz- bəşər,
Yarə vurublar sənə saysız qədər.
Sevgi veribsən bizə, bizlər kədər,
Nəyçün ümidlər yenə bağlar bizə?!
Dağdı bu köksündəki dağlar bizə...
Açma daha qoynunu, dağlar, bizə!
Bağlarımız var hələ cənnət kimi,
Barı onun etmədi heyrət kimi?!
Tap mənə ləzzət belə ləzzət kimi!
Bəxş eləyib Tanrı nə bağlar bizə?!
Dağdı bu köksündəki dağlar bizə...
Açma daha qoynunu, dağlar, bizə!
Halı pərişan olacaq, görməsin!
Gözləri yaşla dolacaq, görməsin!
Görsə bizi tez solacaq, görməsin!
Nalə çəkib hər dəfə ağlar bizə...
Dağdı bu köksündəki dağlar bizə...
Açma daha qoynunu, dağlar, bizə!
Fövtə veribsən nə qədər anları,
İncidərək candan əziz canları...
Saldı bu dünya yola çox xanları,
Hər ölüm ibrətdi də, sağlar, bizə!
Dağdı bu köksündəki dağlar bizə...
Açma daha qoynunu, dağlar, bizə!
Təb gətirir Rabilə hər mənzərən
Var bu qədər sevgi sənə göstərən?!
Baği-dilin söz bəhərindən dərən,
Dava edir sol sizə, sağlar bizə...
Dağdı bu köksündəki dağlar bizə...
Açma daha qoynunu, dağlar, bizə
🍃MERAC🍃
©merac
M