Verdik ötən ömrümüzü badə biz
Uyduq özgə könüllərə, yadə biz
Ölüm soraq etməyincə bizləri
Salmamışıq onu bir an yadə biz
Hansı işə bulaşmışıq sonunda,
Günahkarı ya fələkdir, ya də biz
Bu dünyanın ölümünü unudub,
Aldanmışıq mal-dövlətə, adə biz
Xoş anlarda Tanrını "tərk eyləyib",
Müşkül işdə çağıranıq dadə biz
Sevinəndə Tanrı adın çəkəndə,
Hansı üzlə qaldırırıq badə biz?!
Rabil, o vaxt düz gedəcək işimiz,
Olacağıq təkəbbürsüz, sadə biz..
🍂QəmliAşiq🍂
©qemliasiq
M