M

Biz, insanlıq dəyərləri ölən vaxtdan ölmüşük...🍂

Xəyallarım gecə adlı zülmət içrə azıbdı,
Öz-özümə etdiklərim mənə qəbir qazıbdı...
Tanrı məndən yaxşı bilir mənə nələr yazıbdı...
Bir-birinin arxasınca neçə ili bada verdik,
Bilmədik...
Biz, ruhumuz cismimizi tərk eləyən, o son anda
Ölmədik...
Çox əvvəllər...
Biz, insanlıq dəyərləri ölən vaxtdan ölmüşük...
Tək qalmışıq...ruh ağlayıb, biz yalandan gülmüşük...
Biz bu qədər adam içrə, insanlara həsrət qalıb,
Ağlamışıq...
Göz yaşına sarılmışıq, Xəzər kimi hey coşmuşuq,
Çağlamışıq...
Biz aclıqdan, susuzluqdan, qayğılardan ölmədik...
Mehribanlıq, xoş davranış, saf məhəbbət itən vaxtdan
Ölmüşük....
Biz, ruhumuz cismimizi tərk eləyən, o son anda
Ölmədik...
Çox əvvəllər...
Biz, insanlıq dəyərləri ölən vaxtdan ölmüşük...
🍃©MERAC🍃
©merac