Biz güləndə kədərlənir, qəmlənir
Zalımlara yəhərlənir, cəmlənir
Acısına qəhərlənir, nəmlənir
Bizə niyə, dünya düşman kəsilib?!
Mənasızı mənalı tək qabardır
Zalım harda orda dünya da vardır
Xoş sözümüz, sanki ona azardır
Bizə niyə dünya düşman kəsilib?!
Zalımlara gül-çiçəklər gətirir,
Məzlumlara ancaq tikan bitirir
Vəfasızdı, yaxşılığı itirir
Bizə niyə dünya düşman kəsilib?!
Zülmkarçün dünya ancaq paradı
Məzlum üçün dünya, aləm qaradı
Heç bilmirsən cəhənnəmdi, haradı?!
Bizə niyə dünya düşman kəsilib?!
Bəlkə, səni söz atından yıxacaq
Gah o yana, gah bu yana sıxacaq
Merac, canın bu sualla çıxacaq,
Bizə niyə dünya düşman kəsilib?!
#MERAC
©merac
M