_

Bəlkə

Bir anlıq xəyala dalsa gözlərim,
Kim bilir, kimləri eyləyər qonaq.
Demək istədiyim ürək sözlərim,
Bəlkə xəyallarda deyərəm ona
✍️
Hərdən gecəyarı dolur gözlərim,
O an bilirəm ki, ağlına gəldim.
Hər zaman yanında idim mən qadın,
Qədrimi bilmədin,bəlkə səhv dedim?!
✍️
Nədir bu məhəbbət? Nədir bu sevgi?
Zənnimcə xəyanət, Zənnimcə hüzn.
Ayrılıq çağların hiss edəndə mən
Dedim ki, bəlkə heç sevməyib məni..
©__şahin__