S

BÖYLE ÖLDÜRMEYE NE GEREK VARDI?!(azerice)

Ağlasan ağlardım,gülsən gülərdim
Dərdini alardım sevinc bölərdim,
İstəsən uğrunda inan ölərdim,
Belə öldürməyə nə gərək vardı?
Nədən əlaqəni kəsdin mənimlə,
Nə etdim incindin-küsdün mənimlə,
De görüm nə idi qəsdin mənimlə
Belə öldürməyə nə gərək vardı?
Kaş səndə zərrəcə insaf olaydı,
Qəlbinə mərhəmət hissi dolaydı,
Canımı Əzrail gəlib alaydı,
Belə öldürməyə nə gərək vardı?
Sevmədin sən məni sevənlər kimi,
Sən də vəfasızsan gedənlər kimi,
Ölmədim əlindən ölənlər kimi,
Belə öldürməyə nə gərək vardı?