M

🥀Bu dünya bizlərə axı neyləyib?!🥀

Kimi dindirirsən ondan narazı,
Yalan doğrumuza olub tarazı,
Hər işdə suçladıq 'kürü, arazı',
Bu dünya bizlərə axı, neyləyib?!
🍃...🥀...🍃
Sanma bu fələyin ömrü qısadı,
Üzü ya payıza, ya da qışadı,
Cavab uzunsa da, sual qısadı,
Bu dünya bizlərə axı, neyləyib?!
🍃...🥀...🍃
Bəlkə də, qismətdi bəlkə yazıdı,
Biz məhkum o isə indi qazıdı,
Bundan sonra hamı ondan razıdı?!
Bu dünya bizlərə axı, neyləyib?!
🍂QəmliAşiq🍂
©qemliaşiq