Zənn eyləmə, başdan-başa kamildi bu dünya,
Əskikliyi çoxdur deyə batildi bu dünya.
Meydanı verər zalimə, məzlumları amma,
Məhv eyləyər ikrah ilə, qatildi bu dünya.
Hərdən gülüb, hərdən bizi ağlatdı, bir ömrü,
Geymiş qarıtək hər günü bir cildi bu dünya.
Bəzən də gülüstanda açan incə çiçəkdir,
Bəzən qəbr üstündə qərənfildi bu dünya.
Heç yaxşıların qədrini bilməz əzəlindən,
Bax, qədri-Əli, qədri-Hüseyn bildi bu dünya?
Kamilliyə meyl etsə də, əfsus ola hər yol,
Təbriz, səni dərk etməyə cahildi bu dünya.
©tebriz44
T